Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə virusa yoluxanların ümumi sayı 1 370 nəfərə, sağalanların sayı isə 1 108-ə çatıb. Daha 17 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan 6 903 nəfər karantində, 278 nəfər isə stasionar nəzarətdə saxlanılır.