EcoHub-ın təşəbbüsü ilə İçərişəhərdə ekoloji maarifləndirmə tədbiri keçirilib

media-hightechnic-468x90

İçərişəhərdə təşkil olunmuş Yeni il yarmarkası çərçivəsində “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ekoloji maarifləndirmə tədbiri keçirilib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, eləcə də “Coca-Cola” şirkətinin PACT proqramı çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi ictimaiyyət, xüsusilə gənclər arasında ekoloji məsuliyyətin artırılması, tullantıların azaldılması və ekoloji düşüncə tərzinin gündəlik həyata inteqrasiyasına töhfə verməkdir.

Yarmarka ərazisində qurulmuş xüsusi stenddə ziyarətçilərə ətraf mühitin mühafizəsi, plastik tullantıların azaldılması və təkrar emalın əhəmiyyəti, həmçinin dayanıqlı həyat tərzi və məsuliyyətli istehlak mövzularında ətraflı məlumat verilib. Maarifləndirmə prosesində innovativ üsullardan da istifadə olunub. Süni intellekt (AI) əsaslı interaktiv ekoloji oyunlar vasitəsilə iştirakçılar öz biliklərini əyləncəli formatda sınayıblar.

Maarifləndirici oyunlarda fərqlənən iştirakçılara müxtəlif hədiyyələr, o cümlədən tinglər və eko çantlar təqdim olunub. Bununla yanaşı, plastik tullantıların toplanması məqsədilə stend ərazisində kiçik çeşidləmə qutuları da yerləşdirilib.

Qeyd edək ki, “Eco Hub” İctimai Birliyi bu növ təşəbbüslər vasitəsilə mütəmadi olaraq dayanıqlı inkişaf mövzusunun geniş auditoriyaya çatdırılması, ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqi və cəmiyyətdə ekoloji davranışların formalaşdırılmasını hədəfləyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa