Eldar Əzizov Xalid Ələkbərovu yola salır? – “Lifttəmir”in yeni şefi kim olacaq?

media-hightechnic-468x90

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov vəzifəsi ilə vidalaşmalı olacaq.

Yenicag.az xəbər verir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yaxın günlərdə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovu vəzifədən azad edəcək.

Bildirilir ki, son illər Xalid Ələkbərovun səhhəti ilə əlaqədar işə çıxmaması və “Lifttəmir” İstehsalat Birliyində qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi Eldar Əzizovun narazılığına səbəb olub.

Məlumata görə, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov gətiriləcək.

Qeyd edək ki, Xalid Ələkbərovla bağlı ciddi iddialar mövcuddur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa