Gürcüstanda müxalifət kanalı fəaliyyətini DAYANDIRDI

media-hightechnic-468x90

 

Gürcüstanın müxalif mövqeli “Mtavari Arxi” televiziya kanalı maliyyə çətinlikləri səbəbindən yayımını dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə kanalın yaydığı rəsmi açıqlamada bildirilib.

Məlumata görə, kanala təsisçilərdən birinin şəxsi məqsədləri və kin münasibəti nəticəsində ciddi maliyyə sıxıntıları yaranıb. Bu da nəticədə kanalın fəaliyyətini dayandırmasına səbəb olub. 5 il 8 ay fəaliyyət göstərən “Mtavari Arxi” bu müddətdə çoxsaylı çətinliklərlə üzləşib. Yayımın dayandırılmasına baxmayaraq, kanalın yalnız rəqəmsal departamenti fəaliyyətini davam etdirəcək. Televiziyanın veb saytı və sosial media səhifələri vasitəsilə məlumat paylaşımı aparılacaq.

Qeyd edək ki, 2023-cü ilin dekabrında “Mtavari Arxi”nin baş direktoru Georgi Qabunia kanalın ortaqlarından Zaza Okuaşvilinin televiziyanı bağlamaq qərarı verdiyini açıqlamışdı. O, Okuaşvilini hakim “Gürcü Arzusu” partiyasının maraqlarına uyğun hərəkət etməkdə ittiham etmişdi.

2024-cü ilin fevralından etibarən kanal artıq yayımını məhdudlaşdırmışdı.

Xatırladaq ki, “Mtavari Arxi” 2019-cu ildə müxalif siyasətçi və jurnalist Nika Qvaramiya tərəfindən yaradılıb. O, bundan əvvəl “Rustavi 2” kanalına rəhbərlik edirdi. “Rustavi 2” başqa sahibkara satıldıqdan sonra müxalif mövqeyini itirmişdi və Qvaramiya öz komandası ilə yeni televiziya quraraq müxalif redaksiya xəttini davam etdirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600