Gürcüstanda prezident sarayına basqın edən 13 nəfər həbs edildi

media-hightechnic-468x90

Gürcüstanın Daxili İşlər Nazirliyi oktyabrın 4-də bir qrup nümayişçinin Tbilisidə prezident sarayına girməyə cəhd göstərdiyi zaman etiraz aksiyasının 13 iştirakçısının həbs edildiyini bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazır.

Daxili işlər nazirinin müavini Aleksandr Darxvelidze bildirib ki, polis istintaqdan gizlənən daha iki nəfəri axtarır. Etirazın təşkilat komitəsinin 5 üzvü bundan əvvəl hakimiyyəti zorakılıqla dəyişməyə çağırış, qrup zorakılığının təşkili, əmlaka ziyan vurması və strateji obyektin qarşısının alınmasına görə həbs edilib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 4-də keçirilən mitinqdə iştirak edən “cinayətkarların” tutulması üçün bütün Gürcüstanda xüsusi əməliyyatın keçirildiyini açıqlayıb. Baş nazir əlavə həbslər elan edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05