!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 24-ə çatdı

!Reklam – Yazi

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 24-ə çatıb. Avqustun 11-də daha 3 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fəlakət bölgəsində daha 9 nəfərin axtarışları davam etdirilir.

Xilasedicilər, həmçinin 9 avtomobili palçıq altından çıxardaraq sahiblərinə təhvil veriblər.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 24 nəfər ölüb, 26 nəfər yaralanıb, 9 nəfər isə itkin düşmüş hesab edilir./Azertag/

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv