Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı kəskin azalıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 4,90 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə elektrik enerjisinin həcmində 29,5 dəfə azalma qeydə alınıb.

Yanvarda Gürcüstan ümumilikdə 576,28 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib ki, bunun da yalnız 0,85%-i Azərbaycanın payına düşüb. 2025-ci ilin eyni ayında Azərbaycan Gürcüstanın elektrik enerjisinə olan tələbatının 43,24%-ni ödəmişdi.

Hesabat ayında qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 388,96 milyon kilovatt/saatla (ümumi idxalın 67,49%-i) Rusiya olub. Ermənistan və Türkiyədən idxal olunan elektrik enerjisinin həcmi isə müvafiq olaraq 63,65 milyon kilovatt/saat və 118,78 milyon kilovatt/saat təşkil edib./apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05