Gürcüstanın prezidenti və baş naziri azərbaycanlıları təbrik etdi

media-hightechnic-468x90

af88ba1954d676826ca6c110476f3c4aGürcüstan prezidenti və baş naziri martın 21-də azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər ediblər.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Marneulinin mərkəzində təşkil olunan Novruz bayramı tədbirini Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili açıb.

Sonra prezident və baş nazir Novruz tonqalını alovlandırdıqdan sonra Marneuli sakinləri qarşısında çıxış edərək Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik ediblər.

Novruz bayramını yeni il və yaz bayramı adlandıran Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlıları çox sevdiyini bildirib: “Mən sizləri çox sevirəm. Sevinirəm ki, bu günəşli gündə sizinlə birlikdəyəm. Buraya sizin Novruz bayramınızı təbrik etmək üçün gəlmişik. Biz həmişə sizinləyik. İstəyirik ki, birlikdə güclü və bölünməz Gürcüstan yaradaq. Azərbaycanlılar savadlı və zəhmətsevər xalqdır. Bunu hamı görür və biz sizə daha çox kömək etmək istəyirik. Bu gün birlik və yeni günün doğuluşu, sevgi və enerji almaq günüdür. Həmişə sevinclər içində olun”.

Baş nazir İrakli Qaribaşvili çıxışına Azərbaycan dilində “Novruz bayramınız mübarək!” sözləri ilə başlayıb və Gürcüstanda yaşayan bütün azərbaycanlıların bayramını təbrik edib: “Mən hamınızı çox sevirəm! Azərbaycanlılar nümunəvi xalqdır. Siz Gürcüstanın layiqli və nümunəvi vətəndaşlarısınız. Biz həmişə sizin yanınızdayıq. Həmişə şadlıq və sevinc dolu günlərimizi birlikdə bölüşürük. Biz birlikdə hər zaman Gürcüstanın gələcəyi üçün çalışırıq. Biz çalışacağıq ki, sabahımız bu gündən gözəl olsun”.

Tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Azərbaycan, Türkiyə, Qazaxıstan və İranın Gürcüstandakı səfirləri, Marneuli Rayon İcra Hakimiyyəti və bələdiyyəsinin rəhbərləri, yerli sakinlər, ətraf kəndlərdən gələn azərbaycanlılar və gürcülər iştirak ediblər.

Sonra Novruz bayramı münasibəti ilə Azərbaycandan gələn və yerli müğənnilərin iştirakı ilə bayram konserti keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600