Haaqada polislə etirazçılar arasında qarşıdurma BAŞ VERİB

media-hightechnic-468x90

 

Haaqada gənclərin səbəb olduğu iğtişaşlara görə xüsusi polis dəstəsi cəlb edilib.

Yenicag.az xəbər verir ki, Niderlandın Haaqa şəhərinin Sxeveningen rayonunda sosial şəbəkələrdə yayılan çağırışdan sonra təxminən 300 gəncin iştirakı ilə baş verən iğtişaşlara görə xüsusi polis dəstəsi küçələrə çıxarılıb.

Polisin məlumatına görə, toplaşma məqsədi əvvəlcədən bilinməyib. Gənclərlə polis arasında qarşıdurma yaşanıb, hüquq-mühafizə orqanlarına daş və butulkalar atılıb. Nəticədə iğtişaşların qarşısını almaq üçün xüsusi təyinatlı polis bölməsi əraziyə göndərilib.

Hadisə zamanı bəzi tramvay dayanacaqları fəaliyyətini dayandırıb. Gənclərin şəxsi mülkiyyətə ziyan vurduğu, o cümlədən bir restoranın terrasının dağıldığı bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600