“Hacı Beyləqanski” kriminal statusuna görə cəzalandırılacaq

media-hightechnic-468x90

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı yenidən məhkəmə qarşısına çıxarılacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) Moskva İdarəsinin nümayəndəsi məlumat verib.

Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra taclandırılıb. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra “qanuni oğru” məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, “Hacı Beyləqanski” 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib. O, iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib./Qafqazinfo

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05