Hacı Qalib: “Vallah, heç bilmirəm nə məsələdir”
“Yayılan xəbərlər ola bilsin mənə qarşı seçkiqabağı təxribatdır”.
Bunu virtualaz.org saytına açıqlamasında Milli Məclisin üzvü Qalib Salahzadə evindən silah-sursat aşkar edilməsi ilə bağlı bu gün mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.
Qalib Salahzadə Bilgəhdə bağ evinin olduğunu, ancaq evdən silah-sursat tapıldığı haqda yayılan xəbərlərin nə məqsəd güddüynü bilmədiyini dedi: “Vallah, söhbətin nədən getdiyini heç özüm də bilmirəm. Hansı bağ evindən söhbət gedir? Hamı bilir ki, mənim bağ evlərim var, ancaq gözətçim-filan yoxdur. Bakılı olduğuma görə yəqin fikirləşiblər ki, bakılının silahı olar, belə bir məlumat uyduraq, yayaq. Hüquq-mühafizə orqanlarından mənə heç kim zəng vurmayıb. Heç kim məni polisə çağırmayıb. Bayaqdan iclasda idim, xəbərləri parlamentdə eşitdim”.