Hacıbala Abutalıbovun oğluna məxsus olduğu iddia edilən şirkət parçalandı

media-hightechnic-468x90

“Müstəqil Spektr” şirkəti yenidən təşkil olunduğunu elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətdən məlumat əldə edib.

Bildirilib ki, bu, şirkətin tərkibindən yeni “Müstəqil Sfera” MMC-nin ayrılması ilə əlaqədardır.

Qeyd edək ki, “Müstəqil Spektr” MMC 1994-cü ildə dövlət qeydoyyatına alınıb. Hazırda şirkətin qanuni təmsilçisi Cabbarov Tuqay Elşad oğludur. Əvvəllər mətbuatda bu şirkətin Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova məxsus olduğu barədə iddialar yayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600