“Hacıbala müəllim gəlib oranı görsə, …”
Metronun “20 yanvar” stansiyasının çıxışındakı 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin ürək sızladan görüntülərini təqdim edir. Daha doğrusu, üstü bəzək, altı təzək məmur fəaliyyətinin daha bir nümunəsini göstərmək istəyirik…
Abidənin qarşısında dayananda adama elə gəlir ki, bura xüsusi qayğı ilə yanaşılır, hətta Yasamal və Nəsimi rayonlarının icra başçıları işə başlamazdan öncə hər gün gəlib orda sayğı duruşunda dayanıb sonra iş başına keçirlər…
Amma abidə kompleksinin arxa tərəfində Ağcaqum səhrasından fərqlənməyən acınacaqlı mənzərə adamda dərhal təəsüf və nifrət hissinin baş qaldırmasına səbəb olur. Görəsən, həmin 20-30 kvadrat metr ərazini suvarmağa və ordakı ağacların qurumasına qıymamağa nə qədər su lazım olardı? Heç olmsa 20 metr kənarda olan “Azərsu” ASC-nin inzibati binasından utansınlar, Bakını su başına götürüb, bunlarsa su qıtlığını bəhanə edirlər. Vallah, Hacıbala müəllim gəlib oranı görsə, təqsirkarların atasına od vuracaq…(moderator.az).