Hacıqabulda 7 otaqlı ev yanıb
Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.
Yanğın rayonun Qubalı Baloğlan kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 7 otaqlı evdə baş verib.
Nəticədə evin 4 otağının dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.