Ötən həftənin şənbə günü Haitidə baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1297-yə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ nəticəsində 1297 nəfər həyatını itirib, 5700-dən çox yaralı var.
Qeyd edək ki, zəlzələ nəticəsində Haitidə böyük dağıntılar meydana gəlib, ölkədə bir aylıq fövqəladə vəziyyət elan edilib.