Hakan Fidan: “Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik”

media-hightechnic-468x90

Türkiyə xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında danışan nazir Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirdiklərini və bu münasibətlə təbrik etdiklərini deyib.

Türkiyə XİN başçısı Qarabağ zəfərinin doğurduğu reallıqlardan söz açıb:

“Zəfər yeni reallıqlar yaradıb. Artıq bölgədə dayanıqlı sülhü təmin etmək mümkün görünür. Zəngəzur dəhlizinin açılmasına dəstək gözləyirik. Ceyhun Bayramov Azərbaycan-Ermənistan arasındakı son görüş barədə bizi məlumatlandırdı”.

Qəzzada baş verənlərə münasibət bildirən nazir deyib ki, təcili atəşkəs elan edilməlidir.

Türkiyə XİN başçısı vurğulayıb ki, İsrail-Fələstin müharibəsi ikidövlətli həll yolu ilə sonlanmalıdır./report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05