!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidandan Trampın açıqlamasına reaksiya

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Suriya lideri Bəşər Əsədin devrilməsində Türkiyə tərəfinin əli olması barədə açıqlamasını təkzib edib. 

Yenicag.az xəbər verir ki, XİN rəhbəri bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Tramp bəyan edib ki, Ankara çox ağıllı hərəkət edib və Suriyada böyük insan tələfatı olmadan qeyri-dost işğalı həyata keçirib.

Fidan vurğulayıb ki, Suriyada baş verən hadisələr Türkiyənin hakimiyyəti ələ keçirməsi kimi qiymətləndirilə bilməz: “Suriya xalqı üçün bu, hakimiyyətin ələ keçirilməsi deyil. Hər hansı bir dəyişiklik olarsa, bu, Suriya xalqının iradəsi ilə olmalıdır. Digər şərhlər sadəcə reallığın təhrifidir”.

O əlavə edib ki, bu cür hegemon yanaşmalar tarixdə regiona böyük ziyan vurub və Türkiyə belə mövqeyə can atmır./unikal

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv