Hakim partiyanın 80 yaşlı namizədi - FOTO

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası özünün deputatlığa namizədlərinin siyahısını açıqlayıb. İqtidar partiyası 125 dairənin hər birindən namizəd irəli sürüb.

Yenicag.az Yenisabah.az-a istinadən xəbər ki, YAP-ın namizədləri arasında həm yaşlı, həm də gənclər var. Partiyanın ən yaşlı namizədi Eldar İbrahimovdur. Martın 12-də onun 79 yaşı tamam olub və 80 yaşına adlayıb.

Qeyd edək ki, Eldar Rza oğlu İbrahimov 1945-ci ildə Naxçıvanda anadan olub.I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı seçilib. İqtisadi elmləri doktoru, professordur.

Eldar İbrahimov YAP rəhbərliyində təmsil onur. İdarə Heyətinin üzvüdür.

YAP Eldar İbrahimovun namizədliyini 4 saylı Naxçıvan şəhər seçki dairəsindən irəli sürüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600