Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalandırıldılar

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb.

Yenicga.az xəbər verir ki, əvəzedicilər Liqasında çıxış edən “Zirə-2″nin üzvü Ramin Abdullayev “Kəpəz-2” ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.

U-14 Liqasında “Metak”ın baş məşqçisi Zahid Tayıbov “Caspian”la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.

U-13 Liqasında “Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev “Kürmük”lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.

Eyni çempionatda “Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında “Ahmedoğlu”nun məşqçisi Bəxtiyar Salmanov isə “Muğan”la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa