HAMAS yeni liderini seçəcək, Xəlil əl-Hayya və Xalid Meşaal daha şanslıdır

media-hightechnic-468x90

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

Yenicag.az xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa