Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1420-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 665 PUA-sı, 645 zenit-raket kompleksi, 27 085 tank və digər zirehli texnikası, 1 640 reaktiv yaylım atəş sistemi, 32 538 artilleriya və minaatanı, 51 609 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.












