Rusiya XİN: "ABŞ-nin İrana zərbə təhdidləri yolverilməzdir"

media-hightechnic-468x90

Rusiya İranda daxili siyasi proseslərə yönəlmiş dağıdıcı xarici müdaxiləni qətiyyətlə pisləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində deyilir.

“Biz İranda daxili siyasi proseslərə yönəlmiş dağıdıcı xarici müdaxiləni qətiyyətlə pisləyirik. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə hökuməti cəmiyyətlə konstruktiv dialoqa hazır olduğunu nümayiş etdirir və Qərbin düşmənçilik siyasətinin mənfi sosial-iqtisadi nəticələrini neytrallaşdırmaq üçün səmərəli yollar axtarır”, – deyə o vurğulayıb.

Rusiya həmçinin İranda yaşayan vətəndaşlarına ehtiyat tədbirləri görməyi tövsiyə edib.

“Biz İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə əlaqə saxlayırıq. Onlar normal rejimdə işləyir və ölkədə yaşayan rusiyalı həmvətənlərlə daimi təmasdadırlar. Onlara ağıllı ehtiyat tədbirləri görməyi, insanların kütləvi toplaşdığı yerlərə getməkdən və foto-video çəkilişlər aparmaqdan çəkinməyi, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərin tələblərini ciddi şəkildə yerinə yetirməyi tövsiyə edirik”, – deyə Zaxarova qeyd edib.

“İslam Respublikasının ərazisinə yeni hərbi zərbələr endirmək barədə Vaşinqtondan səslənən hədələr tamamilə yolverilməzdir”, – deyə o vurğulayıb. Zaxarova əlavə edib ki, İrana düşmən olan xarici qüvvələr “rəngli inqilab” metodlarından istifadə edərək İran dövlətini dağıtmağa çalışırlar.

“Qərbin uzun illərdir, İrana tətbiq etdiyi qanunsuz sanksiya təzyiqi ölkənin inkişafını çətinləşdirir, iqtisadi və sosial problemlər yaradır ki, bundan da ilk, növbədə, sadə iranlılar əziyyət çəkirlər”, – deyə diplomat bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa