HƏMAS bu ay yeni lider seçməyi planlaşdırır

media-hightechnic-468x90

HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır.

Yenicag.az-ın məlumatına görə, bunu “Reuters” agentliyinə təşkilatdakı iki mənbə bildirib.

Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur.

Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.

Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.

Mənbələrin sözlərinə görə, seçki prosesi artıq başlayıb. HƏMAS lideri 50 nəfərlik Şura tərəfindən gizli səsvermə yolu ilə seçilir./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa