Yeni dünya düzənində Azərbaycan faktoru: “Bakının müstəqil siyasi xətti supergücləri seçim qarşısında qoyur”

media-hightechnic-468x90

“Məhz bu yanaşma supergüclərin marağını cəlb edən əsas amillərdəndir. Buna görə də Azərbaycana maraq getdikcə artır”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

media-img_6017

O, supergüclərin Azərbaycanla əməkdaşlığa və ölkəmizə artan marağı barəsində fikirlərini səsləndirib. Deputat bildirib ki, ümumilikdə qlobal miqyasda strategiyaların dəyişdiyinin şahidi oluruq.

“Dünya düzəni transformasiya olunur. Bu prosesdə supergüclərin əməkdaşlıq yanaşmaları da fərqlənir. Artıq yalnız təşəbbüs irəli sürmək deyil, eyni zamanda tərəfdaş ölkələrdən də konkret təkliflər gözlənilir. Oyun qaydaları dəyişir, strategiyalar yenilənir. Bu kontekstdə Azərbaycan hazırda dünya arenasında özünəməxsus rol ilə çıxış edir.

Ölkəmiz beynəlxalq müstəvidə öz potensialına əsaslanaraq çıxış edir. İrəli sürdüyü təşəbbüslər, yeni ideyalar və təkliflərlə fərqlənir. Bir tərəfdən Azərbaycan sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edir və bunu beynəlxalq ictimaiyyətə təklif edən ölkə rolunu oynayır. Digər tərəfdən isə strateji və siyasi xəttini yeni təşəbbüslər, yeni yanaşmalar, yeni qaydalar və formatlar əsasında qurur. Məhz bu yanaşma supergüclərin marağını cəlb edən əsas amillərdəndir. Buna görə də Azərbaycana maraq getdikcə artır.

Bu gün ABŞ-ni də Azərbaycanda maraqlandıran əsas tərəf məhz budur. Eyni zamanda Çin kimi böyük iqtisadi gücə malik ölkələr, eləcə də Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Təkcə ötən il Avropa İttifaqının nə qədər yüksək səviyyəli nümayəndəsinin Azərbaycana səfər etməsi bunu aydın şəkildə göstərir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda iştirakı zamanı keçirilən mötəbər tədbirlər çərçivəsində həm özəl sektor nümayəndələrinin, həm də beynəlxalq təşkilatların Azərbaycana artan marağının şahidi oluruq.

Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana üzvlük və sədrliyin təklif olunması da bu marağın göstəricisidir. Azərbaycan həm üzv, həm sədr kimi, eləcə də bəzi hallarda üzv olmadan belə həmin platformalarda iştirakı ilə yenilikçi yanaşma nümayiş etdirir. Bu da beynəlxalq diqqəti cəlb edir”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa