“Hanna” qasırğası “Tramp divarı”nı uçurdu – VİDEO

ABŞ-ın Texas ştatında baş vermiş “Hanna” qasırğası ABŞ-Meksika sərhədində inşa olunan və “Tramp divarı” kimi tanınan divarın bir hissəsini uçurub.

Yenicag.az-ın məlumatına görə, hadisə Texas ştatı ilə Meksikanın Tamaulipas ştatları arasında qeydə alınıb.

Qeyd olunur ki, hadisə yerində bir neçə işçi olub. Xəsarət alanların olmadığı deyilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp prezident seçilməzdən əvvəl qanunsuz miqrasiyanın qarşısını almaq almaq üçün Meksika ilə sərhəddə divar ucaldacağını elan edib. 2019-cu ildə Ali məhkəmə divarın tikintisi üçün Müdafiə Nazirliyinin büdcəsindən 2,5 milyard dollar vəsaitin ayrılması barədə qərar verib.