!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hansı səmtə getdiyi bəlli olmayan Ermənistan: "İrəvan Rusiyanın qoltuğunun altına girmək üçün yalvaracaq"

!Reklam – Yazi

“Azərbaycan Ermənistanı birdəfəlik siyasi səhnədən yox edib”.

Bu sözləri Ermənistanla İran arasındakı münaisbətlər barədə danışan AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı Yenicag.az-a açıqlamasında bildirib.

O, İranın ikiüzlü siyasət yeritdiyini bildirib:

“İran son illərdə bir daha özünü Azərbaycana tam sübut etdi. Xüsusilə İkinci Qarabağ savaşı və ondan sonrakı illərdə. Cənub qonşumuz Fransa kimi Ermənistanın “böyük bacıları”ndan biri sayılır. Paşinyan öz aləmində guya “bir əlində bir neçə qarpız tutur”. Amma Ermənistan unutmayaq ki, balanslı siyasət yürütməyə qadir ölkə ola bilməz. Öz ərazisində 102-ci rus hərbi bazası saxlayan, Kremlin forpostu sayılan bir ölkə necə balanslı siyasət yürüdə bilər? Sadəcə İran Qərb tərəfindən sanksiyalar altındadır və Nikol öz aləmində heç bir tərəfi incik salmaq istəmir. Ukrayna savaşı bitəndən sonra çox şeylər dəyişəcək, həmçinin Ermənistan üçün. İrəvan bir daha Rusiyanın qoltuğunun altına girmək üçün yalvaracaq. Başqa seçimləri də yoxdur.

Molla rejiminə sadəcə insanın yazığı gəlir. Özlərini görün nə günə salıblarsa, Ermənistansız sanki keçinə bilmirlər. Axı Ermənistan onlara nə verir? Burada yeganə bir səbəb var. O da Cənubi Azərbaycan məsələsidir. İran Ermənistana qucaq açmaqla bu milli problemimizin, ümumiyyətlə, gündəmə gəlməməsinə çalışır. Amma bu, mümkün deyil. Cənubda çox şeylər dəyişib və İran da bunun fərqindədir. Öz adını islam ölkəsi qoyub bir işğalçı xristiana əl uzadan bir dövlətin sadəcə riyakar olmaqdan başqa yolu qalmır və bunun üçün də rəsmiləri tez-tez İrəvanda görünürlər. Amma narahat olmağa dəyməz. Azərbaycan Ermənistanı birdəfəlik siyasi səhnədən yox edib, sadəcə nəfəs alırlar… İran əgər vaxtilə Azərbaycanın öz ərazisindən İrana hər hansı bir zərbə endirilməsinə imkan verməyəcəyi yönündəki bəyanatını unudursa, deyiləcək başqa söz də qalmır. Tehran səfirliyimizə hücum edən terrorçunu hələ də edam etmirsə, bundan da bazarlıq kimi istifadə etməyə çalışırsa, demək, heç vaxt bizə dost ölkə ola bilməzlər. Artıq rəsmi Bakı da bunu çox yaxşı anlayır. İran hazırda son vəchlə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Amma qatar çoxdan keçib. Dəhliz yaxın zamanlarda açılacaq, özü də “3+3” formatında. Burada Ermənistan da iştirak edəcək!”.

www.yenicag.az

179
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv