Haqqı-salama sadiq, kişilik rəmzi – Kinomuzun Kərbəlayi İsmayılının ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Milli teatrın inkişafı üçün göstərdiyi xidmətlər misilsizdir. Elə kinoda da sözünü deməyi bacarıb. Çəkdiyi yeganə ekran işi “Əhməd haradadır?” filmidir. Amma tək bu film yetib ki, adını kino tarixinə əbədi yazdırsın.

Söhbət məşhur rejissor, aktyor, Xalq artisti Adil İsgəndərovdan gedir. Bu gün onun xatirə günüdür.

Onun Akademik Mili Teatrda çalışdığı dönəm teatrımızda bir mərhələ idi. Həmin vaxt milli teatr tarixinin qızıl dövrü kimi yadda qalıb. Bir-birinin ardınca mükəmməl sənət əsərləri səhnə həllini tapıb. Məşhur sənətkarların iştirakı ilə ərsəyə gələn o tamaşalar tarix durduqca yaşayacaq.

Adil İsgəndərov kino və teatr tarixində həm də gözəl yetirmələri ilə yadda qalan əsl ustaddır. Bu gün bir çox sənətkarlarımız var ki, məşhur rejissorun əlindən su içib.

O, həm də ictimai nüfuza malik bir şəxsiyyət idi. Onu tanıyanların yaddaşında gözəl, mərd, ləyaqətli, milli ruhu ilə seçilən bir insan kimi qalıb. Elə oynadığı obrazları da daha çox milli ruhu ilə tamaşaçı sevgisi qazanıb.

Milli teatr və kino deyiləndə bu gün də Adil İsgəndərovun adı sevə-sevə çəkilir. Demək ki, cismən bu dünyadan köçüb, ruhən kino tarixində yaradıcılıq ömrünü yenə də davam etdirir.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa