ABŞ-da mütəşəkkil cinayətkarlar qrupunun lideri kimi tanınan Uayti Baldjer həbsxanada ölüb.
Yenicag.az xəbər verir ki, onun qaldığı kamerada meyiti tapılıb. Hələlik “mafia “babası”nın ölümü ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, FBİ tərəfindən 16 il axtarışda olan, 2011-ci ildə isə Kaliforniyada saxlanılan Uayti 11 cinayətdə təqsirli bilinib.
Qeyd edək ki, Bostondakı İrlandiya mafiyasının liderlərindən biri kimi tanınan Uayti Baldjer haqqında “The Departed”, “Black Mass” kimi filmlər də çəkilib.
www.yenicag.az