Hava şəraiti ilə bağlı xəbərdarlıq

media-hightechnic-468x90

sulu_qar _hava9Azərbaycan ərazisində hava kəskin soyuyacaq, temperatur 3-5 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

media-ziraat-728x90

Hava şəraiti ilə bağlı xəbərdarlıq

media-hightechnic-468x90

Qarli yol 030112Fevralın 20-dən 23-dək hava şəraiti qeyri-sabit keçəcək, sulu qar və qar yağacaq, yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.

Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.

Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir.

Hava şəraiti ilə bağlı dəqiqləşmiş məlumatlar ətraflı şəkildə ictimaiyyətə təqdim olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600