Havanı çirkləndirən zavodun rəhbərliyinə məcburi göstəriş verildi

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı MMC-yə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəisi Hikmət Əlizadə Yenicag.az-a bildirib ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub:

“Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600