Havanın hərarəti 15 dərəcə olacaq

media-hightechnic-468x90

Qeyri sabit hava 290612 (1)Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı ehtimalı var.

media-banner_tuq

Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Oktyabrın 2-dən 3-nə keçən gecə arabir güclənəcək. Günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Tibbi meteorololoji proqnoza əsasən oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteo-həssas insanlarda diskomfort hissi yaradacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05