!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Havanın isti keçməsi, yüklənmələrin çoxluğu bəhanədən başqa bir şey deyil" - Ekspert

!Reklam – Yazi

Dünən gecə saatlarında bütün ölkə qaranlığa qərq olub.

Elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevir İES-də enerji bloklarından birində yanğın baş verməsi olub.

Baş vermiş hadisə ilə bağlı fövqəladə hallar üzrə ekspert İskəndər İsmayıl Yenicag.az-a açıqlama verib.

Ekspertin bildirdiyinə görə, bu cür hadisələrin baş verməsinə səbəb ehtiyatın görülməməsidir:

“Bizdə elmi əsaslara söykənən, fövqəladə hal baş verdiyi təqdirdə əvəzedicilərin dövriyyəyə girməsi iə bağı heç bir iş görülmür.

Misal üçün, Gürcüstanda adi bir kəndi götürək. Orada adi bir kənddə transformator sıradan çıxdıqda, dərhal rezervi işə salırlar. Heç oradakı əhali bilmir ki, nə baş verib”.

İsgəndər İsmayılın sözlərinə görə, Azərbaycanda rezervlər yoxdur:

“Azərbaycanda texniki qulluq demək olar ki, aparılmır. Rezervlər isə yox səviyyəsindədir. Əhaliyə verilən elektrik enerjisi 220 voltdan aşağı olmamalıdır. İstehlakçının günahı yoxdur ki, elektrik enerjisi yüklənə bilər. Müqavilədə göstərilir ki, istehlakçı məişət cihazlarından istifadə edə bilər. İstehlakçı niyə görə düşünməlidir ki, o məişət texnikasını qoşduqda, yüklənmə əmələ gələcək. Bunu aidiyyatı qurumlar düşünməyə borcludur. Havanın isti keçməsi, yüklənmələrin çoxluğu bəhanədən başqa bir şey deyil”.

Qeyd edək ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti də dayanıb.

Səxavət Məmməd

www.yenicag.az

2511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv