“Həccə gedəndən sonra elə yerlərə getmirəm” - Əməkdar artist

media-hightechnic-468x90

Müğənnilər, əməkdar artistlər və digər tanınmışların sosial şəbəkələrdə özlərini reklam edən ekstrasens və görücü yanına getdiklərini əks etdirən videogörüntülər yayılıb. Bu görüntülər sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

media-banner_tuq

Videoda yer alan sənətçilərdən biri də Əməkdar artist Rəhilə Bəndəliyevadır.

media-maxresdefault-7

O, Yenicag.az-a açıqlamasında faktı təsdiqləyib. Yanına getdiyi şəxsin falçı yox, görücü və ekstrasens olduğunu bildirib:

“Əvvəla, o, falçı yox, ekstrasensdir, yəni görücüdür. Onun nəvəsinin toyunda çıxış etmişdik. Toyda oxuyan sənətçilərlə bərabər mən də yanına getmişdim. Daha doğrusu, mənə dedilər, getdim. Yəqin ki, o videonu reklam üçün çəkib yayıblar. O ekstrasensin yanına gələnlər çox idi. Hər halda inanırlar ki, gəlirlər.

Belə bir deyim var: “Fala inanma, faldan da qalma”. Gəncliyimdə mən də maraq üçün falçı yanına getmişəm. Amma 2008-ci ildə Həcc ziyarətinə gedəndən sonra belə yerlərə getmirəm. Yenə də deyirəm, ora sənət dostlarımın istəyi ilə getdim. Heç bir dəqiqə çəkmədi, bir-iki sual verib çıxdım. Olanları da düz dedi”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05