Həftə sonuna olan HAVA PROQNOZU

media-hightechnic-468x90

Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.

Əksər rayonlarda mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gecə və axşam lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

media-ziraat-728x90

Həftə sonuna olan hava proqnozu

media-hightechnic-468x90

d88673c66dc8b0cb1506eeef91320cf4Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq

Həftə sonu ölkə ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, yanvarın 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər çiskinli, günün ikinci yarısında arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 5-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600