Daxili İşlər Nazirliyi (DİN) iyunun 4-5-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Yenicag.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 115 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.
www.yenicag.az