!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkim səhvi tək bizdə olmur: Qadının sağlam ayağını kəsdilər

!Reklam – Yazi

89 yaşlı qadının ailə üzvləri onun ayağını yanlış amputasiya etmiş həkimlərin məsuliyyətə cəlb olunmalarını istəyirlər.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, dəhşətli həkim səhvlərinə dair daha bir fakt bu dəfə Rusiyanın Voronej şəhərində qeydə alınıb.

Məlumata görə, həkimlər 89 yaşlı Mariya Dronovanın sağ ayağı əvəzinə, sağlam olan sol ayağını kəsiblər.

Qadının ailə üzvlərinin şikayətindən sonra hadisənin araşdırılmasına başlanılıb və təhqiqat nəticəsində həkimlərin səhv etdikləri öz təsdiqini tapıb.

Həkimlərin özlərinə haqq qazandırmaq cəhdlərinə baxmayaraq, onların barəsində Rusiya Cinayət Məcəlləsinin 118-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.

www.yenicag.az

3637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv