Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həkimi avtomobil vurub: Vəziyyəti ağırdır

Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Kürdəxanı qəsəbəsində piyada vurulub. Qəsəbədən şəhər istiqamətində hərəkətdə olan Opel markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı Qarayeva Afaq Bəxtiyar qızını vurub. Piayada ağır xəsarətlər alıb. Sürücü yaralının yoldan keçən avtomobillə xəstəxanaya gətirib.

Xəstəxanadan verilən məlumata görə, açıq kəllə-beyin trvması alan Afaq Qarayevanın vəziyyəti ağırdır. Hadisə yerində polis əməkdaşları olublar. Avtomobil cərimə meydançasına aparılıb. Sürücünün ifadəsi alınıb. O, qəzanın anidən baş verdiyi piyadanın onun yoluna çıxmasını görmədiyi bildirib. Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, Afaq Qarayeva Kürdəxanı sağlamlıq mərkəzində həkim işləyir.

Yenicag.az

www.yenicag.az

1126
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100