HƏMAS bu gün israilli girovları qaytara bilər

media-hightechnic-468x90

Bu gün HƏMAS hərəkatının İsrailə 20 girovu ərəb vasitəçilərlə təhvil verməyə hazır olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Lakin prosesin dəqiq vaxtının dəyişə biləcəyi ehtimal olunur.

Bu, HƏMAS-ın ilk dəfə olaraq 20 israillinin öz nəzarətində olduğunu rəsmi şəkildə təsdiqləməsidir. Məlumatda qeyd edilir ki, İsrail ordusu girovların təhvilini oktyabrın 13-nə – bazar günü axşam saatlarına planlaşdırır.

Bununla belə, girovların qaytarılması prosesi ABŞ prezidenti Donald Trampın İsrail və Misirə gözlənilən səfəri ilə eyni vaxta təsadüf edə bilər. Müzakirələr zamanı təhvilin həmin tarixə keçirilməsi variantı da gündəmdədir.

İsrail tərəfinin hesablamalarına görə, hazırda Qəzzada 20 nəfər israilli girov sağ vəziyyətdə saxlanılır, əlavə olaraq təxminən 28 nəfərin meyiti hələ də tapılmayıb. HƏMAS bəyan edib ki, bəzi cəsədlərin yerini müəyyənləşdirməkdə çətinlik çəkir və bu səbəbdən Trampın təşəbbüsü ilə təyin olunan 72 saatlıq müddətə tam riayət etmək çətin ola bilər.

Məsələnin həllinə beynəlxalq dəstək də cəlb olunub. Məlumata görə, israilli girovların cəsədlərinin axtarışı və mübadilə prosesinin koordinasiyası üçün Misir, Qətər, ABŞ və Türkiyədən ibarət beynəlxalq vasitəçi qrup yaradılır.

Bundan əlavə, Qəzzaya İsrail istiqamətindən Kerem Şalom keçid məntəqəsindən ilk humanitar yük maşınları da bu gündən daxil olmağa başlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa