HƏMAS davamlı atəşkəsin başladığını elan etdi

media-hightechnic-468x90

HƏMAS hərəkatı İsrail ilə davamlı atəşkəsin başladığını elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya “Al Jazeera”nin efirində danışıb.

“Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin qəti şəkildə başa çatdığına dair təminatlar aldıq”, – o vurğulayıb.

Əl-Hayyanın sözlərinə görə, razılaşma çərçivəsində İsrail həbsxanalarında ömürlük həbs cəzası çəkən 250 fələstinli, həmçinin müharibənin başlanğıcından etibarən həbs edilmiş 1700 fələstinli və İsrail tərəfindən saxlanılan bütün fələstinli qadınlar və uşaqlar azad ediləcəklər.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsi üzrə saziş imzaladığını bildirmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa