HƏMAS-ın hakimiyyətinə son qoyulması sülhə gətirib çıxaracaq - ŞƏRH

media-hightechnic-468x90

“HƏMAS-ın hakimiyyətinə son qoyulması sülhə gətirib çıxaracaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq ABŞ-nin vasitəçiliyi ilə Misirdə keçirilən HƏMAS-İsrail arasındakı ilk görüşü şərh edib:

“HƏMAS-la İsrail arasında Misirdə ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşdə görünən odur ki, HƏMAS bütün şərtləri qəbul etməlidir. Görüş müsbət keçib, çünki, HƏMAS-ın əlavə əks alternativləri yoxdur. Bir neçə ay əvvəl HƏMAS hakimiyyəti verməyi öz üzərinə götürmüşdü, sadəcə olaraq İsrail əməliyyatları davam etdirdi. Təbii ki, Trampın təqdim etdiyi 20 maddədən ibarət sülh planı da qəbul olunub. Ona görə ki, prosesdə Türkiyə, Qətər, Misir, BƏƏ var. Ona görə də, konkret olaraq HƏMAS bu təklifi qəbul edib hakimiyyəti təhvil verəcək, amma gələcəkdə Qəzzada demokratik administrasiya qurulanda HƏMAS-ın o zaman iştirakı danışıqlar predmetidir və bu istiqamətdə təminat almaq istəyirlər. Ümumi götürdükdə atəşkəsin əldə edilməsi və İsrailin Qəzzadan çıxması, həmçinin Qəzzada HƏMAS-ın hakimiyyətinə son verilməsi nəhayət ki, sülhü bərqarar edəcək”.

media-6787bcb2f138c

Politoloq Qəzzadan fələstinlilərin də köçürülməsi məsələsinə toxunub:

“Fələstinlilərin də köçürülməsi baş verməlidir. Orada yarım milyona yaxın fələstinlinin qalması planlaşdırılır. Bundan sonra orada iqtisadi investisiya lahiyələri həyata keçiriləcək.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa