!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS İsraillə tam kompromisə hazır olduğunu AÇIQLADI

!Reklam – Yazi

HƏMAS İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd NBC News-a müsahibəsində bildirib.

“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Bundan başqa, biz məhbuslarımızın evlərinə getmələrini istəyirik. Ona görə də hesab edirəm ki, biz indi tam kompromisə, bütün girovların, istər hərbçilərin, istərsə də mülki şəxslərin azad edilməsinə dair razılaşmaya və İsraildəki həbs mərkəzlərindən bütün məhbusların azad edilməsinə hazırıq”, – Qazi Həməd deyib.

Xatırladaq ki, İsrail 5000 fələstinlini əsir saxlayır. HƏMAS-ın girovluğunda 240-a yaxın adam var.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv