!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS liderinin öldürülməsi ilə bağlı yeni FAKTLAR

!Reklam – Yazi

HƏMAS lideri İsmail Həniyənin öldürülməsi ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.

Yenicag.az “Əl-Hadas” telekanalına istinadla xəbər verir ki, Həniyə Tehranda gecələdiyi evə təyyarədən atılan raketin birbaşa zərbəsi nəticəsində öz yatağında həlak olub.

Kanalın məlumatına görə, iyulun 30-da İ. Həniyə Tehrana gələrək İranın ruhani lideri Ayətullah Seyid Əli Xamneyi və ölkənin yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşüb, həmçinin onun andiçmə mərasimində iştirak edib.

Qeyd edək ki, İ. Həniyə 2017-ci ildən HƏMAS-ın siyasi qanadına rəhbərlik edir və bütün qrupun lideri sayılırdı. O, Qətərin paytaxtı Dohada yaşayırdı.

Xatırladaq ki, aprel ayında İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi Həniyənin üç oğlunu öldürmüşdü. İsrail Müdafiə Nazirliyi “üç yaraqlı” Amir, Məhəmməd və Hazem Həniyənin HƏMAS-ın hərbi qanadının üzvləri olduğunu bildirib. Daha sonra Həniyə özü üç oğlu və bir neçə nəvəsinin şəhadətini elan edib və bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı başlayandan bəri onun ailəsinin 60 üzvü öldürülüb.

Məlumat üçün deyək ki, fotoda HƏMAS liderinin İranın yeni prezidenti ilə birlikdə Tehrandakı son kadrları da əks olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv