!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS rəhbərliyi Qətərdən bu ölkəyə KÖÇƏCƏK - FOTO

!Reklam – Yazi

HƏMAS rəhbərliyi Qətərdən Türkiyəyə köçməyi düşünür.

Yenicag.az xəbər verir ki, bu barədə Amerikanın “The Epoch Times” qəzeti məlumat yayıb.

HƏMAS nümayəndələri bildirirlər ki, təşkilat rəhbərliyi İsraili onlara qarşı hərəkətlərindən ehtiyat edərək Qətərdən Türkiyəyə köçmək imkanını nəzərdən keçirir.

Yanvarın 2-də Beyrutda HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Arurinin öldürülməsindən sonra narahatlıqlar artıb.

İstanbulda HƏMAS hərbi qolunun böyük bir qolu var. Təşkilat həmçinin izah edir ki, türk kəşfiyyatı çox effektlidir və Mossad-ın iş üsullarını yaxşı bilir.

Təşkilatın Saleh əl-Arurinin vəzifəsini yerinə yetirə biləcək yüksək vəzifəli məmuru Zaher Cabarin də HƏMAS-ın iqtisadi imperiyasını idarə etdiyi İstanbulda yaşayır. Hərəkatdakı mənbələrin məlumatına görə, o, Türkiyə prezidenti Ərdoğana yaxındır.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv