Həmyerlilərimiz Almaniyada marafon yarışına çıxdılar-Foto
Bu gün Almaniyada yaşayan həmyerlilərimiz Sarvan Rizvanov (42 km. 195 metr tam marafon) və Aqil Abulov (21 km. yarım marafon) Mainz şəhərində keçirilən 16-cı Qutenberq marafonunda güclərini sınamışlar.
Mainz-Azərbaycan Cəmiyyətindən mətbuata bildirmişlər ki, idmançılarımız üzərində “ Odlar Yurdu Azərbaycan” şüarı yazılmış köynəklərdə marafonda iştirak etmişlər. Soydaşlarımız finiş xəttinə əllərində Azərbaycan bayraqları ilə daxil olmuşlar. Üçüncü dövlət kanalı SWR-də canlı yayımda verdilər. İdmançılarımız adından danışan Sarvan Rizvanov bildirmişdir:
“Vətəndən uzaqlarda gözəl Azərbaycanımızı təbliğ və təmsil etməkdən qürur duyuruq. Digər həmyerlilərimizi də bu işlərdə fəal olmağa çağırıram”.
Mainz şəhərində keçirilən 16-cü Qutenberq marafonu 2000-ci ildən keçirilir. Bu ilki marafonda 10 min idmançı iştirak etmişdir. Yarışda birinci yerləri kişilər və qadınlar arasında Efiopialılar tutmuşlar. Kişilər arasında Tola Bane Edea, qadınlar arasında isə Tizita Terecha Dida tutmuşlar.
Qeyd edək ki, adı çəkilən soydaşlarimiz ötən ilin noyabr ayında Mainz şəhərində keçirilən seçkilərdə Bələdiyyəsi yanınında fəaliyyət göstərən Yabançılar Məclisinə üzv seçiliblər(azpolitika).