Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hər iki tərəf bayram atəşkəsinə razılaşdı – Yenilənib

esger0ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin qarşıdan gələn Novruz və Pasxa bayramları günlərində Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə riayət edilməsinə dair çağırışına hər iki tərəf müsbət cavab verib. Anjey Kasprşik bu çağırışla qoşunların təmas xətti boyu yenidən ağır silahların işə düşməsi ilə müşaiyət olunan toqquşmalardan sonra çıxış etmişdi.

Ermənistan Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatında Kasprşikin çağırışına cavab olaraq “sərhəddə atəşkəs rejiminə ciddi əməl etməyə hazır olduqlarını” bildirib. “ATƏT sədrinin şəxsi nümayəndəsinin çağırışına reaksiya olaraq Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Silahlı Qüvvələri silahlı qarşıdurmada gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addım atmayacaq və Ermənistan sərhədlərində atəşkəs rejiminə ciddi riayət edəcək. Bir şərtlə ki, Azərbaycan Silahlı Qüvvələri də bu çağırışa müsbət reaksiya versin”-bəyanatda deyilir.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib. Nazirlikdən yayılan bəyanatda deyilir ki, Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır:
”Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Müdafiə Nazirliyi bildirir ki, Anjey Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.

Beləliklə, Kasprişikin bayram atəşkəsi çağırışına hər iki tərəf müsbət reaksiya verib və bu, əslində, 1994-cü ildə əldə edilən, ancaq faktiki olaraq işləməyən atəşkəs razılaşmasının məhdud müddətə də olsa yenilənməsi hesab edilməlidir. Lakin bir məqama diqqət yetirmək vacibdir: Ermənistan Müdafiə Nazirliyi atəşkəsə “Ermənistan sərhədləri boyu” ciddi əməl etməyə hazır olduğunu bildirir, bununla da Qarabağda atəşkəsə guya “qondarma dqr –in” cavabdeh olduğuna eyham vurur. Elədirsə Azərbaycan Silahlı Qüvvələri də Ermənistanla dövlət sərhədləri boyu atəşkəsə ciddi riayət edə bilər, ancaq Qarabağda erməni mövqelərinə zərbə endirsə o zaman Ermənistan MN ATƏT-ə şikayətlənməyəcək ki?

virtualaz.org
***
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.

Ermənistan Müdafiə Nazirliyinin “atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi” fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyildir.

Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırır və bildirir ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək.

 

www.yenicag.az

367