!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hər kəs bilməlidir ki, qardaşlarımızın yanındayıq" - Hulusi Akardan Azərbaycan açıqlaması

!Reklam – Yazi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə təxribatçı hərəkətlərini kəskin şəkildə pisləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

O, Ankaranın Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasında mümkün töhfə verməyə hazır olduğunu qeyd edib.

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Onlar bizim üçün qardaş xalqdır. Türkiyə Azərbaycanın tərəfində olub və olacaq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik”, – deyə Akar vurğulayıb.

Müdafiə qurumunun rəhbəri bildirib ki, Ermənistan tərəfi təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da absurd və əsassız hücumlarla çıxış edir.

“Tarixi hadisələr arxiv materiallarında aydın şəkildə əks olunur. Qərəzlilik heç bir nəticə verməyəcək”, – deyə o vurğulayıb.

 

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv