!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram" - COP29-un Prezidenti

!Reklam – Yazi

Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı.

Yenicag.az xəbər verir ki, bu fikirləri “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” mövzusunda yüksəksəviyyəli tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, susuzluq problemi COP29 müzakirələrinin prioritet məsələlərindən biridir: “İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik. Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib.

Düşünürəm ki, dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür. Burada davamlılıq təmin olunmalıdır. Hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırıram”.

COP29

www.yenicag.az

69
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv