Hərbçilərimiz qəzaya düşdü

media-hightechnic-468x90

kkDövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə yol qəzası baş verib, 2 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən xəbərə görə ki, iyulun 9-da Masallı rayonununda, Ələt-Astara yolunun 164 km-də DSX-nin hərbi qulluqçusu, gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə, sola istiqamətlənərək avtomobili aşırıb.

Nəticədə sürücü gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu və onun sərnişini, DSX-nın zabiti, leytenant Hüseynov Malik Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Hərbçilərimiz qəzaya düşdü

media-hightechnic-468x90

ııııpBakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ və BMW markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, VAZ markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən VAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:30-da başa çatıb.

media-ziraat-728x90

Hərbçilərimiz qəzaya düşdü

media-hightechnic-468x90

jjjjjjklAzərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev idarə etdiyi “Jiquli” markalı avtomobili kanala aşırıb.

Nəticədə avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elməddin Sadıqov ölüb, sürücü və digər hərbiçilər – Elşən Əliyev, Emin Kazımov hospitala yerləşdiriliblər(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600