Hərbçilərin yaşadığı bina yanıb
Zaqatalada hərbçilərin yaşadığı binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Göyəm kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən, ikisi hərbçi olmaqla dörd ailənin yaşadığı, ümumi sahəsi 250 kv/m olan yaşayış binasının 200 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanan mənzillərdən ikisi – Dövlət Sərhəd Xidmətinin hərbçiləri Vüqar Məmmədov və Mürşüd Vəliyevə məxsus olub.
Faktla bağlı araşdırma aparılır(apa).