Hərbi bazanın yaxınlığında partlayış olub – Türkiyədə

Türkiyənin Şırnak vilayətində hərbi bazanın yaxınlığında bomba partlayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Şırnakın Sori təpə hərbi bazasının yaxınlığında əməliyyat zamanı bomba partlayıb. Kustar üsulla hazırlanmış partlayıcı qurğu bir əsgərin şəhid olmasına, birinin isə yaralanmasına səbəb olub.

Qeyd edək ki, həmin bölgəyə bomba PKK terror təşkilatının üzvləri tərəfindən yerləşdirilib.

COP29